Huquq.Online korporativ müştərilərinə aşağıdakı üç hüquqi xidmət paketini təklif edir:

 

"Startap" paketi

  "Standart" paket   "Premium" paketi

 

750 AZN

(birdəfəlik)

 

 

 

580 AZN

(aylıq)

 

 

 

 1300 AZN

(aylıq)

 

- Biznesin (şirkətin) yaradılması və vergi məsələləri üzrə məsləhət;   - Şifahi məsləhət verilməsi və hüquqi sualların cavablandırılması (limit: 15 saat);   - Şifahi məsləhət verilməsi və hüquqi sualların cavablandırılması (limitsiz);
- Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyatına alınması üçün müraciət;   - Mülki, əmək və s. tipik müqavilələrin hazırlanması və ekspertizası (limit: 7 müqavilə);   - Mülki, əmək və s. tipik müqavilələrin hazırlanması və ekspertizası (limit: 15 müqavilə);
- Təsis müqaviləsinin hazırlanması;   - Hüquqi sənədlərin (əmr, məktub, şikayət, ərizə və s.) hazırlanması (limit: 10 sənəd);   - Hüquqi sənədlərin (əmr, məktub, şikayət, ərizə və s.) hazırlanması (limit: 25 sənəd);
- Möhürün alınması, elektron sənədləşmə üzrə köməklik göstərilməsi (e-taxes və ASAN İMZA) və bank hesablarının açılması;   - 1 məhkəmə işi* üzrə sənədin hazırlanması (xidmətin 2-ci ayından etibarən)   - 2 məhkəmə işi üzrə sənədlərin hazırlanması;
- Əmək və miqrasiya qanunvericiliyi ilə bağlı məsləhət;       - Şirkət əməkdaşları  ilə görüşlərdə iştirak edilməsi (limit: 15 saat, ay ərzində 5 dəfədən çox olmamaq şərti ilə).
- Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı ilkin məsləhət;        
- Reklam qanunvericiliyi ilə bağlı ilkin məsləhət (internet səhifəsi, sosial media hesabları və digər reklam sənədlərinin ekspertizası);        
- Dövlət orqanlarına veriləcək hesabatlar üzrə təlimatın hazırlanması və s.        
         

 

 

Yuxarıda göstərilən pkaetlərdən əlavə Huquq.Online fərdi sahibkarlara və hüquqi şəxslərə aşağıdakı xidmətləri də təklif edir:

 

Korporativ hüquq

  • hüquqi şəxslərin yaradılması (o cümlədən xarici yurisdiksiyalarda)
  • yenidən təşkil edilməsi və ləğvi, daxili qaydaların hazırlanması (İDR, AML, HSE)
  • korporativ idarəetmə üzrə məsləhətlərin verilməsi və s.

 

Əmək hüququ 

  • əmək qanunvericiliyi üzrə ümumi məsləhətlərin verilməsi, əmək müqavilələrinin, əmrlərin, qərarların, intizam və etik qaydaların tərtib edilməsi, əmək mübahisələri üzrə məhkəmə işlərində təmsilçilik və s.

 

İnzibati mübahisələr

  • müştərinin dövlət və bələdiyyə orqanları qarşısında təmsil edilməsi, müxtəlif lisenziya və icazələrin, o cümlədən uyğunluq və gigiyenik sertifikatların alınması, məhkəmə işlərində təmsilçilik və s.

 

Müqavilə hüququ

  • istənilən növ kommersiya və qeyri-kommersiya xarakterli müqavilələrin tərtib edilməsi və onların hüquqi ekspertizası və s.

 

Əmlak məsələləri

  • daşınmaz və daşınar əmlakın qeydiyyatı, alğı-satqısı, icarəsi və s.

 

Bank və maliyyə hüququ

  • müştərinin banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər maliyyə institutları qarşısında təmsil edilməsi, maliyyə institutları ilə yaranmış mübahisələrdə təmsilçilik, valyuta qanunvericiliyi üzrə məsləhət, banklarda daxili qaydaların hazırlanması və s.

 

İdman hüququ

  • idmaçılar və peşəkar idman klubları üçün müqavilələrin və digər sənədlərin tərtib edilməsi, müştərilərin beynəlxalq idman assosiasiyaları və qurumları qarşısında təmsil edilməsi və s.

 

Vergi hüququ

  • vergi qanunvericiliyi üzrə ümumi məsləhət, vergi qeydiyyatı, hesabatların verilməsi, vergi mübahisələri üzrə məhkəmədə təmsilçilik

 

Əqli mülkiyyət hüquqları

  • əqli mülkiyyət hüquqlarının qeydiyyatı, o cümlədən patent və əmtəə nişanlarının alınması üzrə məsləhətin verilməsi, ƏMH üzrə məhkəmə mübahisələrində müştərilərin təmsil edilməsi və s.

 

Miqrasiya hüququ

  • işgüzar viza, müvəqqəti/ daimi yaşayış və iş icazələrinin alınması və s.

 

Digər xidmətlər

  • Hüquqi sənədlərin peşəkar tərcüməsi
  • Notariat təsdiqləri üzrə xidmətlər,
  • Dövlət orqanlarına hesabatların (vergi, statistika, məşğulluq, DSMF və s.) verilməsi
  • Müvafiq biznes sahəsi üzrə qanunvericiliyə dəyişikliklərin izlənilməsi və müştərinin məlumatlandırılması 

Style Switcher

12 Predefined Color Skins Top Bar Color Layout Style Patterns for Boxed Version