İstifadə Qaydaları və Şərtləri


Sonuncu versiya: 12.10.2017


1. “Huquq.Online” internet səhifəsindən (bundan sonra “Huquq.Online”) istifadə etdiyiniz üçün Sizə təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk. Hazırkı istifadə qaydaları və şərtləri və aşağıda Əlavə 1-də əksini tapmış Məxfilik Siyasəti (bundan sonra birlikdə “Şərtlər” adlandırılır), Huquq.Online tərəfindən təqdim edilən xidmətlər, sənədlər, məlumatlar, platformalar və internet səhifəsindən (bundan sonra birlikdə “Xidmətlər” adlandırılır) istifadə və onlara giriş qaydalarını özündə əks etdirir. Huquq.Online-a ödəniş etməklə və Xidmət(lər)dən istifadə etməklə Siz, bu Şərtləri qəbul edir və təsdiqləyirsiniz.
2. Siz istifadəçi və ya istifadəçinin nümayəndəsi və ya işçisi qismində (bundan sonra “Siz” və ya “İstifadəçi”) Şərtləri qəbul etməklə aşağıdakıları anlayır, qəbul edir və razılaşırsınız:
2.1. Huquq.Online tərəfindən Xidmətlər sizə Huquq.Online-da müvafiq xidmət üzrə müvafiq dövr üçün elan edilən xidmət haqqının əvvəlcədən tam olaraq müvafiq üsullarla ödənilməsi qarşılığında və konkret nəticə əldə olunmasına təminat verilmədən, İstifadəçi tərəfindən müvafiq məlumatların təqdim edilməsi və ödənişin həyata keçirilməsindən sonra, Huquq.Online-da müvafiq xidmət üçün müəyyənləşdirilmiş vaxt ərzində göstərilir. Huquq.Online daim Xidmətlərin praktiki baxımdan mümkün olan ən tez zamanda göstərilməsinə çalışır, lakin zəruri hallarda Huquq.Online İstifadəçini məlumatlandırmaqla Xidmət(lər)in göstərilməsi müddətini öz mülahizəsinə əsasən uzada bilər;
2.2. Huquq.Online hüquqi məlumat və hüquqi özünəyardım platformasıdır və xüsusi olaraq İstifadəçi ilə Huquq.Online arasında əlavə razılaşdırılmış hallar istisna olmaqla, Huquq.Online Sizin nümayəndəniz, məsləhətçiniz və ya vəkiliniz qismində çıxış etmir və Huquq.Online tərəfindən İstifadəçiyə təqdim edilmiş Xidmət(lər) əsasında icra edilən hərəkətlərin və hadisələrin nəticələrinə görə hər bir halda İstifadəçi şəxsən məsuliyyət daşıyır;
2.3. Huquq.Online Sizin texniki vasitələriniz və ya istifadə etdiyiniz proqram təminat(lar)ından irəli gələn qüsurlara görə Xidmət(lər)dən istifadə və ya tam istifadə edə bilmədiyinizə görə məsuliyyət daşımır;
2.4. Huquq.Online-dan və ya onun vasitəsilə əldə etdiyiniz hər hansı xarakterli Xidmət(lər) spesifik və birdəfəlik xarakter daşımaqla, yalnız Sizin tərəfinizdən verilmiş məlumatlar əsasında təqdim edilmişdir və Huquq.Online-ın Sizin tərəfinizdən verilmiş məlumatların düzgünlüyünü və dəqiqliyini yoxlamaq vəzifəsi yoxdur. İstifadəçi qəbul edir və razılaşır ki, Xidmət(lər)dən ən faydalı şəkildə yararlanmaq üçün həmin iş üzrə Huquq.Online-a bütün məlumatları tam və dolğun şəkildə təqdim edəcəkdir.
3. Ödənişlərin qaytarılması. İstifadəçi qəbul edir və razılaşır ki, Huquq.Online tərəfindən Xidmət(lər) göstərildikdən sonra Xidmət(lər)in sifarişindən imtina etmək və ya sifarişi ləğv etmək hüququna malik deyildir. Huquq.Online tərəfindən bu Şərtlər pozulduğu halda, 8-ci bənddə göstərilən hallarda və ya aşağıdakı hallarda İstifadəçidən tutulmuş xidmət haqları bu Şərtlərin pozulması halı ilə bağlı olaraq İstifadəçinin tələbinə əsasən, 8-ci bənddəki və aşağıdakı hallarla əlaqədar olaraq isə müvafiq tələb olmadan Huquq.Online tərəfindən 7 bank günü ərzində İstifadəçiyə geri ödənilir:
(i) İstifadəçi tərəfindən yanlış Xidmət(lər) kateqoriyası üzrə və ya yanlış səhifə sayı qeyd edilməklə yanlışlıqla artıq ödənilmiş xidmət haqları;
(ii) yanlış Xidmət(lər) kateqoriyası üzrə və ya yanlış səhifə sayı qeyd edilməklə əskik ödənilən və (a) ödənişin tamamlanması və ya (b) sifarişin ləğvi ilə bağlı Huquq.Online tərəfindən İstifadəçiyə ünvanlanmış müraciət üzrə İstifadəçi tərəfindən (b) seçiminin seçildiyi halda, İstifadəçinin ödədiyi xidmət haqları.

İstifadəçi qəbul edir və razılaşır ki, Huquq.Online tərəfindən (x) bu Şərtlərin pozulması halı və (y) 8-ci bənddə göstərilən hallar istisna olmaqla, Huquq.Online tərəfindən vəsaitin İstifadəçiyə geri ödənilməsinə görə çəkilən bank xərcləri və digər xərclər geri ödənilən məbləğdən çıxıldıqdan sonra, qalan məbləğ İstifadəçiyə geri ödənilir. Qeyd edilən (x) və (y) hallarında ödənilmiş xidmət haqları tam şəkildə İstifadəçiyə geri ödənilir.
4. Xidmət(lər)dən və onların nəticələrindən istifadə edilməsi. İstifadəçi tərəfindən sifariş edilmiş Xidmət(lər) hazır olduqda, Huquq.Online İstifadəçini müvafiq vasitələrlə məlumatlandırır. İstifadəçi qəbul edir və razılaşır ki, hazırkı Şərtlərin digər müddəalarına zidd olmamaq şərti ilə, Huquq.Online tərəfindən onun üçün hazırlanmış Xidmət(lər)dən İstifadəçinin yalnız özü istifadə edir və Huquq.Online tərəfindən təqdim edilmiş Xidmət(lər)in və ya onların nəticələrini əks etdirən sənəd və ya formaların satışı və ya üçüncü şəxslərlə hər hansı formada paylaşılması qadağandır. İstifadəçi bu bəndin pozulması nəticəsində Huquq.Online-a vurduğu ziyana və əldən çıxmış faydaya görə digər məsuliyyət növləri ilə yanaşı, tam maddi məsuliyyət daşıyır.
5. Məsuliyyət. İstifadəçi tərəfindən Xidmət(lər)in haqqı tam ödənilmədiyi və Şərtlərin digər pozuntusu halları istisna olmaqla, Huquq.Online Xidmət(lər)in keyfiyyətlə, peşəkarcasına və vaxtında göstərilməsinə görə məsuliyyət daşıyır. Huquq.Online Xidmət(lər)i qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində İstifadəçiyə dəyən zərər üçün məsuliyyət daşıyır və bütün hallarda Huquq.Online-ın məsuliyyəti İstifadəçi tərəfindən həmin Xidmət(lər)in əldə edilməsinə görə Huquq.Online-a ödənilmiş xidmət haqqının məbləğindən çox ola bilməz.
6. Məlumatların göndərilməsi. İstifadəçi Şərtləri təsdiq etməklə razılıq verir ki, Huquq.Online İstifadəçiyə xəbərlər, xüsusi təkliflər və yeniliklər barədə məlumatlar göndərə bilər. İstifadəçi bununla məlumatlandırılır ki, məlumatları aldığı rabitə vasitəsində göstərilmiş üsullardan istifadə etməklə gələcəkdə həmin məlumatları almaqdan imtina edə və həmin məlumatların göndərilməsini dayandıra bilər.
7. Əqli mülkiyyət hüquqları. Huquq.Online proqram təminatı, şəkillər, yazılar, qrafiklər, görüntülər, loqolar, əmtəə nişanları, müəlliflik hüquqları, foto-şəkillər, videolar, musiqilər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün Xidmət(lər) və onların nəticələri üzərində müstəsna və tam mülkiyyət hüququna malikdir. Burada əksi göstərilmədikcə, aşağıdakıları etmək və ya başqasının etməsinə icazə vermək olmaz: (i) Huquq.Online-ın hər hansı Xidmət(lər)i və ya məhsulunu yenidən hazırlamaq/göstərmək və ya onlardan törəmə məhsul və ya xidmətlər yaratmaq; (ii) Huquq.Online-ın hər hansı Xidmət(lər)i və ya məhsulunu satmaq, icarəyə vermək, təkrar icarəyə vermək, paylamaq və ya digər hər hansı üsulla kommersiya məqsədləri üçün istifadə etmək; və ya (iii) Huquq.Online-ın hər hansı Xidmət(lər)i və ya məhsuluna texnoloji və ya təhlükəsizlik baxımından xələl gətirmək. Bu Şərtlərdə mövcud olan heç bir müddəa İstifadəçiyə Huquq.Online-da öz əksini tapmış əmtəə nişanından istifadəyə lisenziya və ya hüquq verilməsi kimi başa düşülə bilməz.
8. Xitam və Girişə Məhdudiyyət qoyulması. İstifadəçi qəbul edir və razılaşır ki, Huquq.Online öz mülahizəsinə əsasən istənilən vaxt və ya hər hansı səbəbdən İstifadəçinin Xidmət(lər)dən istifadəsinə məhdudiyyət qoya və ya girişini ləğv edə bilər.
Bundan əlavə, İstifadəçi qəbul edir ki, Huquq.Online aşağıdakı hallarda İstifadəçiyə Xidmət(lər)in göstərilməsindən imtina edə bilər:

(i) sorğu edilmiş Xidmət(lər)in göstərilməsi ictimai maraqlara zidd olduqda;
(ii) sorğu edilmiş Xidmət(lər)in göstərilməsi üçün tələb olunan və ya digər zəruri məlumatlar yarımçıq və ya natamam təqdim edildikdə; və
(iii) Huquq.Online-ın sorğu edilən Xidmət(lər)in göstərilməsi üçün müvafiq zaman kəsiyində zəruri resursları olmadıqda.
9. Fors-Major. İstifadəçi və Huquq.Online qəbul edir və razılaşır ki, tərəflər fors major halların baş verməsi nəticəsində bu Şərtlər üzrə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət daşımır. Fors major hallara irimiqyaslı təbii fəlakətlər, müharibə, silahlı münaqişələr, dövlət orqanlarının və tərəflərin öhdəliklərini yerinə yetirməsinə mane olan digər şəxslərin qərarları və s. aiddir. Fors major hal 2 (iki) gündən çox davam etdiyi halda, fors major halın təsirinə məruz qalmış tərəf digər tərəfə məlumat verir.
10. Qanunvericilik və Mübahisələrin Həlli. Bu Şərtlər Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir edilir və tənzimlənir. Huquq.Online ilə hər hansı İstifadəçi arasında yaranmış mübahisələr ilk öncə Huquq.Online-a internet səhifəsində göstərilmiş əlaqə vasitələri ilə yazılı şəkildə və ya telefon vasitəsilə məlumat vermək yolu ilə danışıqlar vasitəsilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vasitələrlə həll edilə bilər.
11. Fərdi Məlumatlar. İstifadəçi Huquq.Online-a təqdim etdiyi fərdi məlumatların (i) istifadəçi bazası kimi Huquq.Online tərəfindən, (ii) Xidmət(lər)in göstərilməsinin təmin edilməsi məqsədi ilə Huquq.Online-ın belə fərdi məlumatları öz mülahizəsinə əsasən ötürdüyü şəxslər tərəfindən istifadə edilməsinə və işlənilməsinə razılığını bildirir. İstifadəçinin razılığı 5 il ərzində qüvvədədir. Bu müddət bitdikdən sonra fərdi məlumatlar qanunvericiliyə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.
12. Yekun Müddəalar. İstifadəçi qəbul edir ki, bu Şərtlər onun hüquq və öhdəliklərini əks etdirir. İstifadəçi qəbul edir ki, bu Şərtlərlə razı olmadığı halda, Xidmətlərdən istifadə etməyəcəkdir. Huquq.Online bu Şərtləri vaxtaşırı dəyişə bilər və internet səhifəsində hər zaman Şərtlərin ən son versiyası yerləşdirilir.



İstifadə Qaydaları və Şərtlərinə ƏLAVƏ 1


Məxfilik Siyasəti


Huquq.Online İstifadəçilər barədə ona məlum olan bütün növ məlumatların mühafizəsinə təminat verir. Huquq.Online Azərbaycan Respublikasının qanunvericiliyinə və hazırkı məxfilik siyasətinə zidd olaraq bütün növ (kommersiya sirri, bank sirri, peşə sirri və s.) fərdi məlumatların (bundan sonra “Fərdi məlumatlar”) toxunulmazlığının pozulmasına görə məsuliyyət daşıyır.

Huquq.Online tərəfindən fərdi məlumatların toplanması İstifadəçi tərəfindən Xidmətlərdən istifadə edilməsi nəticəsində toplanmaqla və ya İstifadəçi tərəfindən birbaşa təqdim edilməklə, İstifadəçi Huquq.Online internet səhifəsinə daxil olduqda və “çərəz” (cookie) vasitəsilə həyata keçirilə bilər.

İstifadəçi tərəfindən məlumatlar birbaşa olaraq və könüllü şəkildə təqdim edildikdə toplanılır (məsələn şəxsin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı və s. ). Bu halda məlumatlar yalnız Xidmət(lər) göstərilməsi, İstifadəçi ilə əlaqə saxlamaq, statistik məqsədlər və ya İstifadəçinin razılığı aydın və könüllü ifadə edilmiş digər məqsədlər üçün istifadə edilə bilər.

Huquq.Online internet səhifəsindən istifadə edilməsi nəticəsində İstifadəçinin İP adresi, ziyarət sayı, tarixi, brauzer barədə məlumatlar da toplanıla bilər. Bu məlumatları toplamaqda məqsəd internet səhifəsi barədə statistik məlumatları qiymətləndirmək və İstifadəçiləri daha keyfiyyətli internet səhifəsi ilə təmin etməkdir.

Çərəz vasitəsilə məlumatların toplanılmasında məqsəd öncəki İstifadəçilərin səhifə tərəfindən tanınaraq səhifədən daha rahat istifadəsini təmin etməkdir.

Fərdi məlumatlar yalnız hazırkı məxfilik siyasətinə müvafiq olaraq istifadə edilə bilər. Hər bir halda, məlumatlar yalnız onların toplanılması zamanı qeyd edilən məqsədlər üçün istifadə edilə bilər. Fərdi məlumatlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna edilməklə, heç bir halda üçüncü şəxslərə verilmir.

Huquq.Online birbaşa internetdən istifadə ilə bağlı olan və onun tənzimləmə və nəzarətindən kənarda olan hallarla bağlı informasiya təhlükəsizliyinə təminat vermir.

Fərdi məlumatlarla bağlı bu məxfilik siyasəti ilə tənzimlənməyən bütün hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Style Switcher

12 Predefined Color Skins Top Bar Color Layout Style Patterns for Boxed Version